"Real"ın yetirməsi "Araz-Naxçıvan"da

“Araz-Naxçıvan” daha bir transferini açıqlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Alberto Qarsia Fernandeslə anlaşıb. İspaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir. 

26 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib. A. Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənovla yeni müqavilə imzalayıb, Luka Dumançiçi isə heyətinə cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right