"Şəfa" Rumıniyadan futbolçu transfer edir

Misli Premyer Liqasının yeni mövsümünə hazırlaşan “Şəfa” növbəti transferə hazırlaşır.

Newsport.az Futbolinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Rumıniya Superliqasında “Unirea Sloboziya” klubunun şərəfini qorumuş Vlad Popu heyətinə qatacaq.

Transfer dəyəri 350 min avro olan 25 yaşlı yarımmüdafiəçi ilə danışıqlar artıq müsbət yekunlaşıb. Rumıniyanın U-21 milli komandasının sabiq üzvü olan Pop geridə qalan mövsümdə “Unirea Slobozia” heyətində 33 rəsmi matçda meydana çıxıb.

“Şəfa”nın rumıniyalı futbolçu ilə bu ayın sonunadək rəsmi müqavilə imzalayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right