"Neftçi" kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətini artırıb.
Newsport.az xəbər verir ki, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Emin Mahmudov 2017/2018 mövsümündən "Neftçi"nin formasını geyinir. Emil Balayevin 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində "ağ-qaralar"ın şərəfini qoruyub.