"Qarabağ"ın yeni transferi: "Bir gün ərzində bu komandaya keçməyə razılıq verdim"

"Qarabağ"ın futbolçusu Jali Muaddib "Zirə" ilə yoxlama görüşündən (4:3) sonra Newsport.az-a müsahibı verib:

- "Qarabağ"a gəlişin necə alındı? Bu komanda haqda məlumatın var idi?
- Mən Kiprdə oynayırdım. "Qarabağ"dan təklif gəldi. Bu barədə ailəmlə danışdım. Onlar da mənə razılıq verdi. "Qarabağ" haqda sözsüz ki, məlumatım var idi. Çünki "Qarabağ" son illərdə hər zaman Avropa turnirlərində oynayır. Fəxr edirəm ki, mən bu kluba qoşuldum və "Qarabağ"ın bir hissəsiyəm. 
 
- Başqa klublardan təkliflərin var idi?
- Bəli, təkliflər almışdım. Amma seçimim "Qarabağ"dan yana oldu.
 
- "Qarabağ"ın heyətində ilk oyununa "Zirə" ilə yoxlama matçında çıxdın. Adaptasiyan necə gedir?
- Sözsüz ki, yeni komandaya keçəndə çətinlik çəkirsən. Çünki yeni olursan. "Qarabağ"dakı futbolçular yaxşı insanlardır. Hamı mənə kömək olmağa çalışır. Mən də çalışıram ki, qısa zamanda komandaya uyğunlaşım və bilim ki, məndən nə tələb olunur. Gəldiyim gündən çalışıram.
 
- "Qarabağ"dakı hədəfin nədən ibarətdir? Azərbaycan Premyer Liqası haqda məlumatlı idin?
- Ötən mövsüm "Qarabağ" mənə maraq göstərmişdi. Mən də bu komanda ilə maraqlanmağa başladım. Bilirəm ki, Azərbaycan çempionatı da güclüdür. Son mövsüm də çox güclü keçdi. "Sabah", "Neftçi" güclənib. Bəli, çempionat haqda yetərincə məlumatlıyam. 
 
- "Qarabağ"a keçidində əsas və həlledici məqam nə oldu?
- "Qarabağ" mənə təklif göndərən kimi, bir gün ərzində bu kluba hə dedim. Klub son illərdə Avropada daimi oynayır, uğurlu çıxış edir. Komandanın strukturu bəllidir, baş məşqçi uzun illərdir "Qarabağ"dadır. Bilirəm ki, yaxşı klubdur. Bütün bunları nəzərə alaraq, mən 1 gün içərisində qərarımı verdim, "Qarabağ"a keçməyə razılıq verdim.
 
- Qurban Qurbanov sizinlə ilk söhbətində sizə nələr deyib?
- Uzun danışığımız olmayıb. Çünki indiyə qədər vaxtımız da olmayıb. Mən son sezon Kiprdə necə oynamışamsa, indi eyni gözlənti məndən buradadır ki, komandaya kömək edim. Ümid edir ki, komadaya kömək edəcəm. Mən də əlimdən gələni edəcəm ki, birlikdə uğurlu mövsüm keçirək.
 
- Azərbaycanın digər klublarından təklif almışdın?
- Rəsmi olaraq yox. 
 
- "Qarabağ" avrokuboklarda İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq. Uzaq yol gedəcəksiz. Rəqib və matçla bağlı fikrin necədir?
- Məlumatımız odur ki, "Vestri" birinci liqanın komandasıdır. Kuboku da qazanıblar. Amma indi onu düşünmürük. Dəqiq olan odur ki, avrokuboklarda zəif rəqib yoxdur. Hər bir rəqibə qarşı oynamaq lazımdır. Əlmizdən gələni edəcəyik ki, onları udaq və növbəti mərhələyə keçək.

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right