"Turan Tovuz"da 2 ayrılıq

"Turan Tovuz" iki futbolçusu ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi yarımmüdafiəçi Tural Bayramlı və qapıçı Sergey Samok ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, Samokla Bayramlı 2024-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right