Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.
Newsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakı toplanışı çərçivəsində “Zirə” ilə görüşüb. "Azersun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
20 iyun (şənbə)
Yoxlama oyunu
18:00. "Qarabağ" - "Zirə" - 4:3
Qol: George Papunaşvili (0:1), Kamilo Duran (1-1), Bəhruz Qurbanlı (2:1), Leandro Andrade (3:1), Yeqor Boqomolski (3:2), Mehdi Mütəllimli (4:2), Namik Ələskərov (4:3)
Xatırladaq ki, "Qarabağ" bu mövsüm Azərbaycanı Avropa Liqasında, "Zirə" isə Konfrasns Liqasında təmsil edəcək.