"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi

“Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi xorvatiyalı müdafiəçi Luka Dumançiç ilə anlaşıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right