“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.
Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi futbolçusu Aqostinyo Çipesse ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Anqolalı yarımmüdafiəçi növbəti mövsümü bölgə klubunun heyətində keçirəcək.
Qeyd edək ki, Aqostinyo Çipesse yanvar ayından "Şahdağ Qusar"ın formasını geyinir.