"Zirə" yay hazırlığını Bakıda başlayıb, Türkiyədə davam etdirəcək

"Zirə"nin yay hazırlıq planı bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

"Qartallar" iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.

Bu müddətdə 1 yoxlama oyunu keçirəcək komanda iyunun 20-də, saat 18:00-da "Azərsun Arena"da "Qarabağ"la qarşılaşacaq.

25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək "Zirə" burada iki yoxlama oyununda gücünü sınayacaq. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq.

Rəqiblərin adı və oyun saatları hələlik məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right