"Sabah" müdafiəçi Andrey Santosu icarəyə verib.
Newsport.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı futbolçunu Gürcüstana göndərib.
"Santos" qonşu ölkənin "İberiya" klubuna yollanıb. 21 yaşlı mərkəz müdafiəçisi Gürcüstan çempionatında mövsüm başa çatana kimi Tbilisi klubunun formasını geyinəcək.
Qeyd edək ki, Andrey Santos 2025-ci ilin yayından "Sabah"da çıxış edir. Gənc futbolçu Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.