"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.
Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunu keçəcəyi təqdirdə, "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.