"Zirə"nin də potensial rəqiblərinin sayı azaldı

Bu gün "Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi məlum olacaq. 

Newsport.az xəbər verir ki, mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Artıq paytaxt təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA məlumat yayıb.

"Zirə" 1-ci təsnifat mərhələsində "Torpedo" (Gürcüstan) səddini aşarsa, növbəti raundda aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək:

AEK (Kipr)

"ÇFR Kluj" (Rumıniya)

"Spartak" (Slovakiya)

"Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right