I Liqa klubundan 4-cü transfer

Transfer çalışmalarını davam etdirən "Şahdağ Qusar" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Newsport.az xəbər verir ki, son mövsümü "Səbail"in heyətində keçirən Fəxri Məmmədli ilə müqavilə imzalanıb. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olan futbolçunun müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Şahdağ Qusar" bu transferə qədər Elməddin Sultanov, Urfan İsmayılov və Rafil Qafarovun da keçidini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right