“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov təyinatla bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Newsport.az xəbər verir ki, mütəxəssis komanda ilə uğur qazanmağa çalışacağını bildirib:
“Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. “Araz-Naxçıvan” Premyer Liqaya rəng qatan klublardandır. Hər mövsüm iddiası ilə seçilir. Biz də çalışacağıq ki, bu komanda ilə uğur qazanaq. Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək”.
Qeyd edək ki, Cavid Hüseynov "Araz-Naxçıvan"la 1 illik müqavilə imzalayıb.