Bu gün 2026/27 mövsümü UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Həmçinin oxuyun: UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
“Turan Tovuz” cəza səbəbindən avrokuboklara buraxılmadığı üçün KL-də Azərbaycanın 2-ci təmsilçisi “Zirə” olacaq. Onlar mübarizəyə 1-ci mərhələdən, digər təmsilçimiz “Nefrçi” isə 2-ci mərhələdən başlayacaq.
“Neftçi”nin rəqibi iyunun 17-də keçiriləcək 2-ci mərhələnin püşkatmasında müəyyənləşəcək.
1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək.