"Sabah" onu birdəfəlik transfer etdi

“Sabah” komandada icarə əsasında çıxış edən Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu futbolçu ilə yeni, 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mbina bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right