Millimizin üzvü Türkiyə klubuna keçə bilər

Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Vanspor" azərbaycanlı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Vanspor Dijital" məlumat yayıb.

I Liqa klubu 30 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Vüsal İsgəndərli 2025-ci ilin yayından "Partizani"də çıxış edir. Azərbaycan milli komandasının üzvü 2025/26 mövsümündə Albaniya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right