“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.
 
Qeyd edək ki, 2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.
 
Əlavə edək ki, ötən mövsüm ÇL-in oyunlarından sonra Bikalyoya Avropa və Braziliya klublarından maraq var idi. Onun yayda komandadan ayrıla biləcəyi ehtimalı da vardı. Lakin "Qarabağ" futbolçunu saxlaya bilib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right