Əsgərov: “Qızlar tez-tez səhvlər buraxdı”

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün Macarıstan yığmasını qəbul edib.

Newsport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan (1:2) sonra Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov fikirlərini bölüşüb:

“Düşünürəm ku, iki fərqli hissə seyr etdik. Təəssüflər olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib bu səhvdən yararlandı. Ancaq İkinci hissəyə daha yaxşı başladıq.

Oyunun gedişində etdiyimiz dəyişiklik öz bəhrəsini verdi, hücuma buraxdığımız oyunçu qol vurdu. Bundan sonra rəqib topa daha çox nəzarət etdi və bizi topsuz qoydu. Belə olan halda da istər-istəməz yorğunluq yarandı. Biz qısa paslarla topu cinahlara çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlərə yol verd. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Ardınca uzun paslarla oynamağa başladılar. Amma bu cür oyunda bizim belə şansımız yox idi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right