Millimizin üzvü daha 2 il "Sabah"da

“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.

Newsport.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tellur 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu Masazır təmsilçisində ümumilikdə 102 oyun keçirib. Mütəllimov komandanın uğurlarında xüsusi pay sahibi olmuş futbolçulardandır. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right