PFL-ə yeni prezident gətirilir İşlər çətinə düşə bilər

Peşəkar Futbol Liqasının prezidenti postu ilə bağlı yeni bir namizədin adı gündəmə gəlib.
Newsport az-ın məlumatına görə, AFFA əməkdaşı Fərhad Ələkbərov PFL-in tarixində 3-cü prezident ola bilər.
Mənbənin bildirdiyinə görə, Fərhad Ələkbərov punktuallığı, peşəkarlığı və savadı ilə seçilən şəxslərdəndir. O, müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində aktiv iştirak edib, təşkilatçılıq bacarığı ilə diqqət çəkib. Bununla yanaşı, iş prinsiplərində kifayət qədər sərt və qətiyyətli mövqeyi ilə tanınır. Təbii ki, hələlik bu məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin adı çəkilən namizədlər arasında Fərhad Ələkbərovun da müzakirə olunması AFFA və PFL ətrafında maraqlı gözləntilər formalaşdırıb. Futbolda nəticələri zaman göstərəcək, amma bir şey indidən bəllidir: əgər bu təyinat baş tutsa, Fərhad müəllimin sərt mövqeyinə görə klubların, medianın və PFL əməkdaşlarının işi çətin olacaq




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right