Azərbaycan millisinin Maltaya qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb

Azərbaycan millisinin Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Mixali Kapraliyə Balaş Buzaş, Bençe Belitsa yardım edəcək. Dördüncü hakim funksiyasını Tamaş Boqnar yerinə yetirəcək.

Qeyd edək ki, matç iyunun 5-də Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right