Bir neçə gün əvvəl “Sumqayıt”dan ayrılan Rayan Senhadjinin yeni klubu müəyyənləşib.
Newsport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. O, bu ölkənin aparıcı klublarından olan “Tobol”la anlaşıb.
Qeyd edək ki, Senhadji ötən yay “Sumqayıt”a azad agent kimi qoşulmuşdu. Təcrübəli müdafiəçi daha əvvəl Fransa, Bolqarıstan, Əlcəzair, Danirmarka və Rusiyada çıxış edib.