Mövsümü “qızıl dubl”la başa vuran "Sabah"da şok ayrılır

Mövsümü qızıl dubbla başa vuran "Sabah"da şok ayrılıq yaşanıb.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, Coy-Lens Mikels Premyer Liqanın çempionunu tərk edib.

Hücumçu bu yay başa çatacaq müqaviləsini artırmayıb.

32 yaşlı legioner hazırda19 qolla Premyer Liqanın bombardiridir.

O, arxada qalan 32 turda meydana çıxdığı 25 matçda 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Ölkə Kubokunda isə forma geyindiyi 5 qarşılaşmada 3 qol, 2 asistlə yadda qalıb.

Ruanda millisinin üzvü 2021-ci ildən Masazır klubundadır.

Onun 2023/24 mövsümünü Səudiyyə Ərəbistanı klubu “Əl-Faysal”da keçirdiyini də bildirək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right