“Nyukasl”ın vingeri Entoni Qordon “Bayern”in maraq dairəsinə düşüb. Daha əvvəl ona “Liverpul” və “Arsenal” kimi Premyer Liqa təmsilçilərinin ona əsas namizəd olduğu bildirilirdi.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, münhenlilər də bu transfer uğrunda mübarizəyə qoşulmağa hazırdır.
Qordon Almaniya klubuna keçidə açıqdır və bu qərarında “Bayern”in hücumçusu Mikael Olise nümunəsi onu ruhlandırır. “Nyukasl” isə 25 yaşlı futbolçu üçün 98-111 milyon avro aralığında məbləğ tələb edir.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.