"Çox vacib xallar itirdik" - Kurban Berdiyev

"Təəssüflər olsun ki, çox vacib xallar itirdik".

Newsport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "İmişli" (1:1) ilə baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib:

"Birinci hissədə çox pis oynadıq. İlk hissənin son dəqiqələrində demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə bir qədər aktivliyimizi artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatışmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right