Futbol üzrə Azərbaycan I Liqasında XX turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda lider "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
"Şəfa" məğlubiyyətə baxmayaraq, 45 xalla liderliyini davam etdirir. Xallarını 36-ya yüksəldən "Mingəçevir" isə 4-cü yerdədir.