Azərbaycan millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya ilə qarşılaşacaq.

Oyun Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda, saat 17:00-da başlayacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub – 0:4.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right