17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.
Newsport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb. Millimiz bununla xal sayını 2-yə çatdırıb.
Qeyd edək ki, U-17 ilk turda Bolqarıstan yığması ilə heç-heçə (1:1) edib. Komandamız qrupda son matçını martın 30-da Malta seçməsinə qarşı keçirəcək.
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17) 0:0
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi