Azərbaycan yığması Portuqaliyaya uduzdu Yenilənib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.

8-ci kilometr qəsəbə stadionunda keçirilən görüşdə Portuqaliya millisi 4 cavabsız qolla qalib gəlib.

27 mart

Avropa çempionatı
Seçmə mərhələ

Azərbaycan U-21 – Portuqaliya U-21 - 0:4

Qollar: Moreyra, 51, Parente,54, Şermiti, 67, Simoes, 76

Baş hakim: Xristos Vergetis (Yunanıstan)

Bakı, 8-ci km qəsəbə stadionu

Azərbaycan millisi bu nəticədən sonra B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 16 xalla birinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right