Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı

Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Saat 19:00-da başlayacaq matçın baş hakimi Giorgi Kruaşvili olacaq. Ona yan xətdə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Koba Revazaşvili yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right