Hüseynov oynadı, komandası qazandı

Bolqarıstan çempionatında 26-cı turun bir neçə oyunu keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi olan Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə “Dobrudja Dobriç”lə qarşılaşıb.

Görüş Hüseynovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov meydana 75-ci dəqiqədə daxil olub. “Arda” hazırda 35 xalla 8-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right