Nigar Mirzəliyeva: "Ölkəmiz adına qələbə qazanmaq istəyirik"

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniyaya qarşı matçda qələbə qazanmağa çalışacaq.

Newsport.az xəbər verir ki, bunu millinin üzvü Nigar Mirzəliyeva jurnalistlərə açıqlamasında deyib.

Futbolçu sözügedən matçla bağlı fikirlərini bölüşüb:

"Fərq etməz, qolu mən və ya komanda yoldaşlarımdan kimsə vursun. Əsas odur ki, ölkəmiz adına qələbə qazanaq. Bunun üçün çalışacağıq".

Müdafiəçi Almaniyanın "Hamburq" klubundakı çıxışından danışıb:

"Bundesliqa klubuna transfer olmaq hər kəsin arzusudur. Bir qədər dil məsələləri ilə bağlı çətinliklər var. Düşünürəm ki, zamanla öyrəşəcəyəm. Fiziki olaraq komanda yoldaşlarımdan geri qalmıram".

Qeyd edək ki, Azərbaycan - Şimali Makedoniya matçı sabah "Dalğa Arena"da saat 15:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right