Botman “Qarabağ”la cavab matçını da buraxacaq

“Nyukasl”ın müdafiəçisi Sven Botman UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyununu da buraxa bilər.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb niderlandlı futbolçunun belindəki ağrılardır.

26 yaşlı oyunçu məhz bu üzdən komandasının son 3 matçında iştirak edə bilməyib. Azarkeşlər Premyer Liqanın geridə qalan turunda “Mançester Siti” (1:2) ilə qarşılaşmada Botmanın dönüşünü gözləsə də, baş məşqçi Eddi Hau onu hazır hesab etməyib. Milli üzvünün “Qarabağ”la cavab görüşündə iştirakı da sual altındadır. Məşqçilər korpusu onu riskə atmaya bilər.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu sabah baş tutacaq. Sven Botman ötən həftə komandasının 6:1 hesablı qələbə qazandığı Bakıdakı ilk görüşdə iştirak etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right