"Sabah"dan ayrılan futbolçu bu klubla anlaşdı Rəsmi

“Zirə” yeni futbolçuyla anlaşıb.

Newsport.az xəbər verir ki, qəsəbə təmsilçisi Anatoli Nuriyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt”, və “Sabah” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right