Millimiz Gürcüstanla qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right