Renat “Motor”da qalır Məşqçi ondan çox razıdır

Renat Dadaşov “Motor”da qalacaq. Transferə çıxarılan hücumçunun vəziyyəti dəyişib.

Newsport.az xəbər verir ki, millimizin hücumçusuna özünə yeni komanda tapmaq tapşırılsa da, indi belə bir mövzü yoxdur. Bunu onun komanda yoldaşı, vaxtilə “Neftçi”də çıxış etmiş İvan Brkiç saytımıza açıqlamasında deyib: “Onun yeni klub axtarması ehtimalı var idi. Lakin o, mövsümöncəsi hazırlıq mərhələsini əla keçirdi və hazırda mükəmməl formadadır. Məşqçi hazırda ondan çox razıdır”.

Xatırladaq ki, Renatın “Qarabağ” və “Zirə”yə keçmək ehtimalı yaranmışdı. Ağdamlılar transferə isti yanaşmadı, qəsəbə təmsilçsi isə yüksək maaş tələbləri üzündən hücumçu ilə anlaşa bilmədi. Belədə mövsümün sonunadək Polşa klubuna məxsus olan Dadaşov komandanın hazırlıqlarına qatıldı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right