Kadi Borges 3 aydan sonra geri döndü

"Qarabağ"ın futbolçusu Kadi Borges Misli Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən "Turan Tovuz"a (1:0) qarşı matçda uzun müddət sonra yaşıl meydanlara geri dönüb.

Newsport.az xəbər verir ki,  ötən ilin noyabrında UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçında (2:2) zədələnən futbolçu 3 aylıq fasilədən sonra matçın 84-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, bu, son olaraq Premyer Liqada ötən ilin oktyabrında "İmişli"yə qarşı keçirilən matçda Kadi meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right