“Liverpul”la oyun “Qarabağ” üçün dərs olacaq”. Bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərə açıqlamasında deyib.
İngiltərədən qayıdan komandanın müdafiəçisi hava limanında jurnalistlərin uallarını cavablandırıb: “Pley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. “Liverpul”la oyuna görə təəsüf hissi keçiririk. Ümumi götürsək, bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik”.
O, potensial rəqiblər haqqında da fikirlərini bölüşüb: “Nyukasl” PSJ ilə müqayisədə bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq”.
Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz”.