Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu oyununda “Liverpula”a 0:6 hesabı ilə məğlub olsa da, pley-off mərhələsinə vəsiqəni təmin edən “Qarabağ” Bakıya qayıdıb.
Newsport.az xəbər verir ki, Ağdam klubunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çox sayda azarkeş və media nümayəndələri qarşılayıb.