Azərbaycanlı hakimin idarə etdiyi oyunda Ukrayna qalib gəldi

Azərbaycanın FİFA referisi Hikmət Qafarlı futzal üzrə Avropa çempionatının final mərhələsində daha bir oyunda iş başında olub. 

Newsport.az xəbər verir ki, həmyerlimiz B qrupunda keçirilən Ukrayna-Litva oyununun birinci hakimi olub. H.Qafarlıya İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək ediblər. 

Kaunasdakı “Jalgiris Arena”da keçirilən matçda Ukrayna yığması 4:1 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan-Ukrayna görüşünə olmuşdu. Timekeeper kimi iş başında olan H.Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right