“Neftçi” istədi, “Sumqayıt” gətirdi Ukraynalı futbolçunu

Ukraynanın “Polesye” klubunun futbolçusu Danil Beskorovayni karyerasını Azərbaycanda davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Jitomir klubunun mərkəz müdafiəçisi icarə əsasında “Sumqayıt”a keçib. 26 yaşlı oyunçunun artıq Azərbaycanda olduğu və hətta tibbi müayinədən keçdiyi vurğulanıb. “Gənclik şəhəri” təmsilçisinin Beskorovaynini mövsümün sonuna qədər icarəyə götürdüyünü tezliklə rəsmən açıqlaması gözlənilir.

Beskorovayni qış fasiləsində “Sumqayıt”ın “Polesye”dən gətirdiyi ikinci futbolçu olub. “Kimyaçılar” bir neçə gün əvvəl millimizin yarımmüdafiəçisi Emil Mustafayevi məhz Ukrayna klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, Danil Beskorovaynini daha əvvəl Yuri Vernidub “Neftçi”yə gətirmək istəyib. Lakin tərəflər transferdə razılaşa bilməyiblər. Futbolçunun “Polesye” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right