"Qarabağ"dan ayrılan futbolçu I Liqa klubunda

Transfer çalışmalarını davam etdirən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi Nihad Həsənzadəni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi ilə müdafiəçi klub arasında 1 illik müqavilə imzalanıb.

Nihad Həsənzadənin son komandası 2023-25-ci illərdə formasını geyindiyi "Qarabağ-2" olub. O buna qədər "Şamaxı-2 " komandasında çıxış edib. Eyni zamanda Həsənzadə Azərbaycanın U-19 milli komandasının şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right