Anri “Arsenal”a qayıtdı

"Arsenal”ın canlı əfsanələrindən olan Tyerri Anri yenidən London klubuna dönüb.

Newsport.az-ın məlumatına görə, Fransa millisinin sabiq oyunçusu "topçular”da məşqçi kimi fəaliyyət göstərəcək. O, U-18 və U-21 komandalarında hücumçularla işləyən məşqçi kimi fəaliyyət göstərəcək. 
 
Bu arada Anri UEFA Gənclər Liqasında Zaqreb "Dinamo”suyla oyuna hazırlaşan "Arsenal”ın U-19 komandasının son məşqində iştirak edib. O. baş məşqçi Rayan Qarri ilə birgə məşq keçib.
 
Qeyd edək ki, Anri futbolçu karyerasını bitirdikdən sonra "Sky Sports”telekanalında idman şərhçisi (yorumcu) kimi çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right