İordaniya şahzadəsi FİFA prezidenti olmaq istəyir

İordaniya şahzadəsi, FIFA-nın vitse-prezidenti Əli bin Əl-Hüseyn Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti seçkilərinə namizədliyini yenidən irəli sürəcəyini rəsmən elan edib.

Newsport.az-ın məlumatına görə, Əli bin Əl-Hüseyn bu ilin mayında keçirilən seçkilərdə Yozef Blatterə uduzub. Y.Blatter korrupsiya qalmaqalından sonra iyunun 2-də öz vəzifəsindən istefa verib. Qurumun yeni başçısının seçkiləri 2016-cı il fevralın 26-da Sürixdə təşkil olunacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right