Bakı AÇ-2020-ni qəbul edəcək 13 şəhərdən biri olacaq.
Newsport.az xəbər verir ki, UEFA paytaxtımızın AÇ-2020 ilə bağlı namizədliyini qəbul edib.
Beləliklə, AÇ-2020-nin 4 oyunu Bakıda baş tutacaq. Bu görüşlərdən üçü qrup, biri isə 1/8 final mərhələsi çərçivəsində keçiriləcək.
Bakının qəbul edəcəyi qrup oyunlarının digər 3 görüşü Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. Buna səbəb isə Rumıniya paytaxtının Bakıya ən yaxın məsafədə olmasıdı. Belə ki, Bakıdan Buxarestə təyyarə ilə 3 saata çatmaq mümkündü.
UEFA 13 şəhərin adını sentyabrın 19-da rəsmi olaraq açıqlayacaq.