FİFA 20 yaşlılardan ibarət futbol üzrə Dünya çempionatında yeni qayda tətbiq edə bilər.
Newsport.az saytının məlumatına görə, dünyanın bir nömrəli futbol qurumu baş məşqçilərin hər hissədə hakimi qərarına etiraz eləmək şansı tanıyacaq. Belə ki, bu haqqda İngiltərə mətbuatına açıqlama verən FİFA-nın prezidenti Zepp Blatter U-20-lərin dünya çempionatında baş məşqçilərin monitor vasitəsilə hakimə etirazı edə biləcəyini deyib:
"Baş məşqçilərin hər iki hissədə 1 və ya 2 etiraz haqqı olacaq. Lakin etirazlarını ancaq oyun dayanan zaman edə biləcəklər. Hakim etiraz edən məşqçi ilə meydanın kənarına gedib, monitordan epizodu izləyəcəklər və hakim istəyərsə, qərarı dəyişdirə biləcək".
Qeyd edək ki, isveçrəli mütəxəsis bu ayın sonunda keçiriləcək FİFA prezidentliyinə öz namizədliyini verəcəyini də bildirib.