İbrahimoviç:"Bu rekordu uzun müddət gözləyirdim"

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Estoniya ilə yoldaşlıq görüşündə (2:0) qırdığı rekord haqda danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu ölkəsinin mətbuatına açıqlamasında bu rekordu uzun müddət gözlədiyini deyib:

"Uzun müddətdir, bu rekordu qırmağı gözləyirdim. Sonda bacardığım üçün çox xoşbəxtəm. İnanılmaz bir duyğudur. Bu rekord ailəm və mənim üçün çox şey ifadə edir".

Qeyd edək ki, Estoniya ilə oyunda dubl edən İbrahimoviç İsveç millisinin tarixində ən çox qol vuran futbolçu olub. Matçın 3 və 24-cü dəqiqələrində yığmadakı 49 və 50-ci qollarını vuran 32 yaşlı futbolçu millinin sabiq futbolçusu Sven Ryudeli gedirə qoyub. Ryudel 1923-1932-ci illər ərzində vurduğu 49 qolla siyahıya başçılıq edirdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right