“Mançester Yunayted”in sabiq futbolçusu Anhel Di Mariya Qətərin paytaxtı Dohaya gəlib.
Newsport.az-ın məlumatına görə, bu barədə Fransa mətbuat məlumat yayıb. Futbolçunun ora getməkdə məqsədi həkim müayinəsindən keçməkdi. Belə ki, o burda PSJ-nin həkimləri tərəfindən müayinə ediləcək.
Argentinalının Paris klubu ilə 4 illik müqavilə bağlayacağı gözlənilir. Di Maria ötən ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçmişdi. Bir neçə gün əvvəl İngiltərə klubunun baş məşqçisi Lui van Qal Di Mariya barədə suala “onu tapsanız, bizə də xəbər edin” cavabını vermişdi. Anhel Di Mariya 63 milyon avro qarşılığında PSJ-yə transfer edilir.