Pirlo "Yuventus"un futbolçusunu İstanbula gətirir

Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Aaron Remzinin xidmətində maraqlıdır. Super Liqa klubunun baş məşqçisi Andrea Pirlo uelsli futbolçunun transferi ilə şəxsən məşğul olur. O, keçmiş oyunçusunu komandasında görmək istəyir.

 

Aaron Remzi son mövsümün ikinci yarısını icarə əsasında "Reyncers"də keçirib. 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən Şotlandiya klubunun heyətində cəmi 10 matçda meydana çıxa bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right